Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

"QəbələFest" çərçivəsində Xalq yazıçısı Çingiz Abdullayevlə möhtəşəm görüş və imza saatı keçirilib

02 avqust 2026 | 11:03

"QəbələFest" çərçivəsində növbəti unudulmaz ədəbi görüş müasir Azərbaycan ədəbiyyatının canlı klassiki, Xalq yazıçısı Çingiz Abdullayevin iştirakı ilə keçirilib. Tədbirdə dünyaca məşhur yazıçının yaradıcılıq yolu, detektiv janrının incəlikləri, mütaliənin cəmiyyətdəki rolu və mənəvi dəyərlər ətrafında geniş və maraqlı söhbətlər aparılıb. Çingiz Abdullayev səmimi mühitdə keçən görüşdə zəngin həyat təcrübəsini bölüşərək oxucuların və festival qonaqlarının çoxsaylı suallarını böyük məmnuniyyətlə cavablandırıb. Böyük coşğu ilə yaddaqalan tədbirin sonunda Xalq yazıçısı sevilən əsərlərini oxucular üçün imzalayıb və iştirakçılarla xatirə şəkilləri çəkdirib.

Keçidlər