Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

“QəbələFest”-in qonnaqları Qəbələdə aparılan arxeoloji tədqiqatlarla tanış olub

02 avqust 2026 | 11:42

“QəbələFest”-də fəxri qonaq qismində iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda aparılan arxeoloji qazıntı işləri ilə tanış olub. Tədbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev və ekspedisiya üzvləri də iştirak ediblər. AMEA Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri, Qəbələ Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev Qədim Qəbələnin Qala adlanan ərazisində cari dövrdə aparılan qazıntılar və onların ilkin elmi nəticələri barədə ətraflı məlumat verib.  Sonda Qəbələnin arxeoloji irsinin tədqiqi, maddi mədəniyyət nümunələrinin qorunması və arxeoloji qalıqların konservasiyası ilə bağlı fikir mübadiləsi aparılıb, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli arxeoloji tədqiqat sahələrinin daha da genişləndirilməsinin vacibliyini bildirərək, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Keçidlər