Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələnin hotel və mehmanxanalarında 6 ayda 44 mindən çox yerli və əcnəbi turistə xidmət göstərilib.

16 iyul 2026 | 15:56

2026-cı ilin yanvar-iyun ayında Qəbələ rayonunun hotel və mehmanxana tipli müəssisələrinə 44 min 207 nəfər turist yerləşdirilib. Onların 29751 nəfəri və ya 67,3 faizi Azərbaycan, 14456 nəfəri və ya 32,7 faizi xarici ölkə vətəndaşı olub. Rayon ərazisində ilin yanvar-iyun aylarında 25 mehmanxana və mehmanxana tipli obyektdən 17-si fəaliyyət göstərib. Hotel və mehmanxana tipli obyektlərə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı əvvəlki ilin müvafiq dövrü illə müqayisədə 1856 nəfər və ya 4,4 faiz artıb. 2026-cı ilin yanvar-iyun aylarında yerli turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 11 min 66 nəfər və ya 59,2 faiz artım, əcnəbi turistlərin sayında isə 9210 nəfər və ya 38,9 faiz azalma qeydə alınıb. Əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil etmiş, bununla yanaşı, Səudiyyə Ərəbistanı, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Rusiya Federasiyası, Türkiyə, Küveyt, Bolqarıstan, Ukrayna, Oman, ABŞ, Çexiya, Qazaxıstan, Qətər, Böyük Britaniya, Polşa, Gürcüstan, Almaniyanın da vətəndaşları Qəbələdə olub.

Keçidlər