Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələnin Nic qəsəbəsində Pasxa bayramı qeyd edilmişdir

13 aprel 2026 | 10:37

12 aprel 2026-cı il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində Pasxa bayramı qeyd edilmişdir.  "Cotari" alban-udi pravoslav kilsəsində keçirilmiş tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Alban-Udi Xristianları İcmasının nümayəndələri, icmanın üzvləri, müxtəlif rayonlardan gələn çoxsayda qonaqlar və qəsəbə sakinləri iştirak etmişdir. Alban-Udi Xristianları İcmasının sədri Robert Mobili və digər çıxış edənlər Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışmış, azsaylı xalqlara göstərilən  diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Sonda bayram münasibətilə şamlar yandırılmış, dualar oxunmuş və bayram konserti keçirilmişdir.

Keçidlər