Qəbələnin ümumtəhsil məktəblərində “Məzun günü” qeyd edilmişdir
14 iyun 2023-cü il tarixində Qəbələ rayonunun ümumtəhsil məktəblərində “Məzun günü”nə həsr edilmiş tədbirlər keçirilmişdir. Bu il XI-ci sinifi bitirən 1222 nəfər məzun üçün məktəb həyatının son, müstəqil həyatın ilk zəngi çalınıb. Bayram tədbirlərində rayon təhsil sektorunun nümayəndələri, müəllimlər, valideynlər, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və müharibə iştirakçıları iştirak etmişlər. Tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsil sahəsində həyata keçirilən uğurlu siyasətdən söz açmış, məzunları və valideynləri “Məzun günü” münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulamışlar.