Qəbələ ümumtəhsil müəssisələrində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilib
Qəbələ rayonunun ümumtəhsil müəssisələrində “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş seminarlar, mühazirələr, “Açıq dərs”lər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, intellektual oyunlar təşkil edilmişdir. Tədbirlərdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğurunda qurban vermiş şəhidlərimizin müqqədəs xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması, xalq-ordu birliyi barədə geniş məlumat verilmiş, məktəblilərin ifasında Böyük Zəfərə həsr olunmuş şeir və kompozisiyalar dinlənilmişdir. Təhsil müəssisələrində, həmçinin Vətən müharibəsi veteranları, qazilər, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilmiş, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunmuşdur.













