Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələyə gələn turistlərin sayı artıb.

13 fevral 2026 | 11:59

2026-cı ilin yanvar ayında Qəbələ rayonunun hotel və mehmanxana tipli müəssisələrinə 7533 nəfər turist yerləşdirilib. Onların 4393 nəfəri və ya 58,3 faizi Azərbaycan, 3140 nəfəri və ya 41,7 faizi xarici ölkə vətəndaşı olub. Bu 2025-ci ilin eyni dövrü ilə müqayisədə 586 nəfər və ya 8,4 faiz artıqdır. Yerli turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 473 nəfər və ya 12,1 faiz, əcnəbi turistlərin sayında isə 113 nəfər və ya 3,7 faiz artım qeydə alınıb. Əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Turistlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Pakistan, Küveyt, Rusiya Federasiyası, Qətər, Türkiyə, Oman, Gürcüstan, İsrail, Bəhreyn, ABŞ-nın da vətəndaşları olub.

Keçidlər