Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələyə səfər edən yerli turistlərin sayında 26,5 faiz artım qeydə alınıb

17 noyabr 2025 | 12:44

2025-ci ilin yanvar-oktyabr aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 78 min 486 nəfər turist yerləşdirilib. Onların 38 min 4 nəfəri və ya 48,4 faizi yerli, 40 min 482 nəfəri və ya 51,6 faizi xarici ölkə vətəndaşıdır. Yanvar-oktyabr aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli turistlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 min 75 nəfər və ya 26,5 faiz artım, əcnəbi turistlərin sayında isə 14 min 639 nəfər və ya 26,6 faiz azalma qeydə alınıb. Bu müddət ərzində Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları əvvəlki aylarda olduğu kimi, yenə də üstünlük təşkil edib. Belə ki, on ayda Hindistandan 13 min 723 nəfər, Səudiyyə Ərəbistanından 8963, Birləşmiş Ərəb Əmirliklərindən 4881, Pakistandan 2604, İsraildən 1765, Küveytdən 1522, Qətərdən 1011, Rusiya Federasiyasından 733, Özbəkistandan 367, Omandan 320, Türkiyədən 307, ABŞ-dan 274, Qazaxıstandan 270, Böyük Britaniyadan 234, Bəhreyndən 128, Yaponiyadan 124, Ukraynadan 115 turist Qəbələyə səfər edib. Gələnlərin 3141 nəfəri isə digər ölkələrin vətəndaşları olub. On ayda Qəbələ rayonu ərazisində yerləşən 21 mehmanxana və mehmanxana tipli müəssisədən 18-i fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 123,4 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. Oktyabrda turizm obyektlərində 965 işçi çalışıb.

Keçidlər