"Qəlblərdə yaşayan lider" adlı tədbir həyata keçirilib
10 dekabr 2024-cü il tarixində Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "Qəlblərdə yaşayan lider" adlı tədbir keçirilib. Tədbir iştirakçıları İlk olaraq Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş ekspozisiyaya baxış keçirmişlər. Tədbirdə çıxış edənlər Heydər Əliyevin Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarını bir araya gətirməsi, milli tariximizdə özünəməxsus yer tutan nadir tarixi şəxsiyyət kimi zəngin irsinin hər zaman politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacağını, dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə həyatın müxtəlif sahələrində böyük nailiyyətlər qazandığını, mənəvi dəyərlərin, dövlətçilik ənənlərinin qorunub saxlanılmasında onun böyük rolundan bəhs etmişlər. Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.