Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəmərvan kəndində növbəti səyyar qəbul keçirilmişdir

27 noyabr 2025 | 16:32

Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev Qəmərvan kəndində səyyar qəbul keçirmiş, kənd sakinlərini qəbul edərək onların müraciətlərini dinləmişdir. Tədbirdə icra başçısı Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bölgələrə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmış, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir. Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin isə həlli nəzarətə götürülmüşdür. Görüşdə çıxış edən kənd sakinləri  görülmüş işlərə, aparılan islahatlara görə ölkə rəhbərliyinə öz  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər