“Qış nağılı” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Polşanın “GlassDuo” ansamblının konserti olub
11 fevral 2025 | 11:59
Fevralın 10-da “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı çərçivəsində musiqisevərlərə Polşanın “GlassDuo” ansamblının konserti təqdim olunub. Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdə Anna və Arkadiuş Şafranets cütlüyü tərəfindən diapazonu 5 oktavanı əhatə edən, dünyanın ən böyük şüşəli arfası – “ClassDuo” alətində səsləndirilən dünyaca məşhur bəstəkarların E.Qriqin, İ.S.Baxın, V.A.Motsartın, P.İ.Çaykovskinin, F.Şopenin, K.Debüssinin, A.Şafranetsin, K.Komedanın, A.Piazzollanın və digər bəstəkarların əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.