“Qış nağılı” Beynəlxalq Musiqi Festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb
08 fevral 2025-ci il tarixdə Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının ikinci günü musiqisevərlərə Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin iştirakı ilə növbəti konsert proqramı təqdim olunub. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən Konsertdə akademiyanın şagird və tələbələrinin ifa etdikləri Ü.Hacıbəylinin “Koroğlu” operasından “Qızların rəqsi”, “Cəngi”, P.İ.Çaykovskinin “Şelkunçik” baletindən vals, Şəkər pərisinin variasiyası, S.Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Niyazinin “Qaytağı”, F.Əmirovun “Azərbaycan kapriççiosu”ndan fraqment, Q.Qarayevin “Yeddi gözəl” baletindən “Lirik rəqs”, “Adagio”, “Gözəllər gözəlinin rəqsi” və digər xoreoqrafik kompozisiyalar, gürcü, özbək rəqsləri tamaşaçıların böyük marağına səbəb olub.