Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Qış Nağılı” Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı

09 fevral 2025 | 15:15

“Qış Nağılı” Beynəlxalq Musiqi Festivalı çərçivəsində  fevralın 8-də Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara təqdim olunan növbəti konsert proqramında öncə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək festivalın önəmindən və Kamera Musiqisinin yaranma tarixindən danışmış, möhtəşəm festivalın təşkilatçılığına görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etmişdir. Kamera musiqisi axşamında musiqisevərlər qarşısında çıxış edən xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Dmitri Sitkovetski (violin, Böyük Britaniya), Sercio Vitale (bariton, İtaliya), Vanessa Qoykoeçra (soprano, İspaniya) tamaşaçılar tərəfindən alqışlarla qarşıllanmışdır.

Keçidlər