“Qış nağılı” Beynəlxalq Musiqi Festivalının “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı yekun konserti olub
09 fevral 2026 | 15:21
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələdə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının fevralın 8-də təntənəli bağlanış konserti keçirilib. “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində Azərbaycan xalq mahnıları, flamenko-caz və muğam improvizələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Beləliklə, “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb.













