“Qış nağılı” Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
04 fevral 2026 | 11:20
Fevralın 5-dən Qəbələdə II Beynəlxalq “Qış nağılı” Musiqi Festivalı başlayır. Festival Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə keçirilir. 2009-cu ildən yay mövsümündə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq ikinci ildir ki, qışda da təşkil edilir. Festivalın keçirildiyi 4 gün ərzində Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində izləyicilərə rəngarəng proqram təqdim ediləcək. Müxtəlif musiqi zövqlərinə uyğun konsertlər təşkil olunacaq: vokal, kamera instrumental musiqi axşamları, solo çıxışlar, flamenko-caz, Azərbaycan-İspaniya, Bakı-Neapol kimi musiqi gecələri soyuq qış fəslini rəngləndirəcək.













