"Qızıl payız" layihəsi çərçivəsində "Milli irsimiz- xalçaçılıq sənəti " adlı tədbir keçirilib
Qəbələ Rayon Tarix- Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən "Qızıl payız" layihəsi" çərçivəsində "Milli irsimiz- xalçaçılıq sənəti " adlı tədbir keçirilib. Tədbir iştirakçıları öncə Qəbələ rayon sakini, uzun illər xalçaçılıq sənəti ilə məşğul olan, bu sənəti yaşadan Tənzilə Həşimova ilə görüşmüş, "Azərxalça" ASC-nin Qəbələ rayon filialında xalçaların toxunma texnologiyası ilə həmçinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xalçaçılıq bölməsində təhsil alan tələbələrin nəzəri – praktiki bacarıqları ilə tanış olmuş və onların əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər. Layihənin keçirilməsində əsas məqsəd qədim irsə malik sənət növlərinin inkişafı, qorunması, gənc nəslə təbliği və yaşadılmasıdır.