Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qızılca ilə əlaqədar Qəbələ məktəblərində dezinfeksiya işləri aparılır

08 dekabr 2023 | 17:04

08 dekabr 2023-cü il tarixdə Qəbələ Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən şəhər məktəblərində dezinfeksiya işləri aparılmışdır. Qəbələ rayonunun məktəblərində şagirdlər arasında qızılca xəstəliyinin yayılmasının qarşısını alınması üçün müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir. Təhsil müəssisələrində aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır. Məktəblərdə nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Səhhətində narahatlıq müşahidə edilən məktəblilərin valideynləri ilə əlaqə saxlanılır, vəziyyətə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyildir.

Keçidlər