Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qrodno şəhərində keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə Qəbələ idmançıları qızıl medal qazanıb

24 may 2025 | 10:43

Azərbaycan Respublikasının Qəbələ rayonu ilə qardaşlaşmış Belarus Respublikasının Qrodno şəhəri arasında  2025-ci ilin Tədbirlər Planına əsasən 22-23 may tarixlərdə Qrodno şəhərində kişilər arasında  keçirilən beynəlxalq güləş turnirində Qəbələ idmançıları da iştirak etmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Qəbələ İnşaat” MMC-nin dəstəyi ilə məşqçi Fərid Mustafayevin rəhbərliyi altında yarışlarda iştirak edən 5 nəfər güləşçimizdən 2 nəfər - İsmayıl Əliyarov və Əhməd Əhmədli müvafiq olaraq 65 və 70 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülmüşlər.  İdmançılarımızı qələbə münasibəti ilə təbrik edir, idman həyatlarında onlara uğurlar arzulayırıq.

Keçidlər