Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qurban bayramı münasibətilə Vətən müharibəsi şəhidlərinin ailələri və  qazilər evlərində ziyarət edilib

28 iyun 2023 | 12:44

28 iyun 2023-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Vətən müharibəsində şəhadətə yüksəlmiş şəhidlərin ailələri və sağlamlığını itirmiş qazilər Qurban bayramı münasibətilə evlərində ziyarət edilmişdir. Ziyarətçilər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, şəhid ailələrinin, qazilərin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını qeyd edərək, bayram münasibətilə onları təbrik etmiş və onlara bayram sovqatı çatdırmışlar. Şəhidlərin ailə üzvləri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər