Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Qurtuluşdan zəfərə” adlı tədbir keçirib

11 iyun 2026 | 16:49

11 iyun-da 15 iyun-Milli Qurtuluş Günü münasibətilə Qəbələ rayon Mədəniyyət Mərkəzində  “Qurtuluşdan zəfərə”  adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün xalqımızın taleyindəki müstəsna rolundan, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsindən, Azərbaycanın müasir inkişafının təməlində dayanan siyasi kursdan bəhs etmiş, Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ölkəmizin hərtərəfli tərəqqi yolunda inamla irəlilədiyini bildirmişlər. Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş edilib, ədəbi bədii kompozisiya təqdim olunub və sərgiyə baxış keçirilib.

Keçidlər