Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib

11 iyun 2025 | 17:31

11 iyun 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatında "Konstitusiya və Suverenlik İli“ çərçivəsində 15 İyun “Milli Qurtuluş Günü”nə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra “Qurtuluşdan Zəfərə” adlı videoçarx nümayiş olunmuşdur. Tədbirdə çıxış edənlər Milli Qurtuluş gününün böyük ictimai, siyasi və tarixi əhəmiyyətindən danışaraq qeyd etdilər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Sonda Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliğində fəal iştiraklarına görə bir qrup gənc partiya fəalı Fəxri Fərman ilə təltif edilmiş, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.

Keçidlər