Rayon ərazisində keçirilən növbəti monirtorinqlər zamanı qanunsuz torpaq zəbtinin qarşısı alınmışdır
20 noyabr 2026 | 12:39
Qəbələ Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində 19 noyabr 2026-cı il tarixdə keçirilən növbəti monitorinq zamanı Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Qəbələ rayonu Bunud kəndi ərazisindən keçən hissəsinin ətrafında vətəndaş tərəfindən iaşə xidməti məqsədi ilə zəbt edilmiş 0.4 hektar dövlət meşə fonduna məxsus torpaq sahəsində söküntü işləri aparılaraq ərazi boşaldılmışdır. Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, mülkiyyətində olmayan torpaq sahələrinin zəbt olunaraq hasarlanması, özbaşına tikinti işləri aparılaraq müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.













