Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Rayon ərazisində keçirilmiş monirtorinqlər zamanı özbaşına aparılan tikinti işlərinin qarşısı alınmışdır

21 iyul 2026 | 15:14

Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal – Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində özbaşına tikililərin qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir. 21 iyul 2026-cı il tarixdə keçirilən növbəti monitorinq zamanı Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Qəbələ rayonu Bunud kəndindən keçən hissəsinin kənarında vətəndaş tərəfindən özbaşına aparılan tikinti işlərinin qarşısı alınmış və sökülərək götürülmüşdür.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.

Keçidlər