Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Rayon ərazisində mütəmadi keçirilən manitorinqlər zamanı özbaşına aparılan tikinti işlərinin qarşısı alınmışdır.

08 avqust 2026 | 09:02

Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal – Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində özbaşına tikililərin qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər apaılır. 07 avqust 2026-cı il tarixdə keçirilən növbəti monitorinq zamanı Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu Mirzəbəyli kəndindən keçən hissəsində yol kənarında vətəndaş tərəfindən mülkiyyətində olmayan torpaq sahəsində özbaşına aparılan tikinti işlərinin qarşısı alınmış və ərazi boşaldılmışdır.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.

Keçidlər