Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon icra hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirilmişdir

23 dekabr 2022 | 14:33

23 dekabr 2022-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətində cari ildə müəyyən edilən tədbirlərin icra vəziyyəti və 2023-cü ildə qarşıda duran vəzifələrə dair növbəti şura iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafızə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak ediblər. Şura iclasını açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qışa hazırlıq işlərinin gedişi barədə məlumat verib. Qeyd olunub ki, ötən dövr ərzində nəzərdə tutulmuş bütün məsələlər icra olunub, məktəblərdə, səhiyyə ocaqlarında, mədəni-maarif müəssisələrində və digər təşkilatlarda qış mövsümünə hazırlıq işləri başa çatdırılıb. RİH başçısı diqqətə çatdırıb ki, qış mövsümündə rayonun bütün sosial obyektlərində, o cümlədən təhsil, səhiyyə ocaqlarında, uşaq bağçalarında, idarə və müəssisələrdə normal istilik yaratmaq, elektrik, qaz, su və yol təsərrüfatını fasiləsiz olaraq işlək vəziyyətdə saxlamaq hər bir cavabdeh şəxsdən böyük məsuliyyət tələb edir. Ona görə qarşıdan gələn bayram və qeyri-iş günlərində xidmət təşkilatlarının öz işinə məsuliyyətlə yanaşması, yaşayış məntəqələrinin bütün kommunikasiyalarının işlək vəziyyətdə olmasının nəzarətdə saxlanılması onlara bir daha tövsiyə olunub. Daha sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bütün tədbir iştirakçılarını “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il bayramı münasibəti ilə təbrik edib.

Keçidlər