Rayon icra hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı yanında şuranın 22 iyun 2023-cü il tarixdə keçirilən növbəti iclasında şura üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak etmişdir. İclasda “Rayon icra hakimiyyəti başçısının yerlərdə keçirilən səyyar qəbullarında qaldırılan məsələlərin icrası vəziyyəti”, “2023-cü ilin taxıl biçini kompaniyasının vaxtında və itkisiz başa çatdırılması və yanğın təhlükəsizliyinin qorunması” və “İdmanın inkişafı, kütləviliyinin artırılması sahəsində görülmüş işlər və qarşıda duran məsələlər” müzakirə edilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev müzakirə olunan məsələlərlə bağlı, eləcə də qarşıdan gələn bayramla əlaqəli qeyri-iş günlərində xidmət təşkilatlarının öz işinə məsuliyyətlə yanaşması ilə bağlı tövsiyələrini vermiş, bütün tədbir iştirakçılarını Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranma günü və Qurban bayramı münasibəti ilə təbrik etmişdir.