Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu Uludaş kəndində keçirilmişdir

19 avqust 2025 | 17:56

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Uludaş kəndində keçirilmişdir. Qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edib. Sakinləri narahat edən məsələlərlə bağlı verilən sualları RİH başçısı ətraflı cavablandırmışdır. Görüşdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin həlli isə nəzarətə götürülmüşdür. Çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər