Rayon icra hakimiyyətində geniş şura iclası keçirilmişdir
21 yanvar 2025 | 17:49
21 yanvar 2025-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətində növbəti şura iclası keçirilmişdir. İclasda RİH başçısı yanında Şuranın üzvləri, YAP Qəbələ Rayon Təşkilatının, hüquq-mühafızə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri iştirak etmişlər. İclasda rayon icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndəliklərinin 2024-cü ilə dair fəaliyyətləri təhlil edilmiş, mövcud problemlər və qarşıda duran məsələlər müzakirə edilmiş, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.