Rayon icra hakimiyyətində I rübün yekunları və qarşıda duran vəzifələrə dair Şura iclası keçirilib
1 aprel 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətində növbəti şura iclası keçirilmişdir. İclasda RİH başçısı yanında Şuranın üzvləri, YAP Qəbələ Rayon Təşkilatının, hüquq-mühafızə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər. Şura iclasını açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev 2024-cü ilin I rübü ərzində görülmüş işləri təhlil etmiş, həmçinin mövcud problemlər və qarşıda duran məsələlər müzakirə edilmiş, müvafiq tapşırıq və tövsiyələr verilmişdir. Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalları ilə təltif edilmiş rayon sakinləri Tahir Hacıyev və Telman Abdulxalıqova medallar təqdim edilmişdir. Təltif olunanlar Prezident İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini ifadə etmişlər.