Rayon İcra Hakimiyyətində növbəti şura iclası keçirilib
18 yanvar 2024 | 15:09
18 yanvar 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətində növbəti şura iclası keçirilmişdir. İclasda RİH başçısı yanında Şuranın üzvləri, ərazi icra nümayəndələri və hüquq-mühafızə orqanlarının rəhbərləri iştirak etmişlər. İclasda rayon icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndəliklərinin 2023-cü ilə dair fəaliyyətləri təhlil edilmiş, mövcud problemlər və qarşıda duran məsələlər müzakirə edilmiş, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.