Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon icra hakimiyyətində növbəti Şura iclası keçirilmişdir

08 may 2023 | 19:38

08 may 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətində növbəti şura iclası keçirilmişdir. İclasda RİH başçısı yanında Şuranın üzvləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafızə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak etmişlər. Şura iclasını açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev 2023-cü ilin Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar rayon ərazisində görüləcək işlər haqqında hazırlanmış Tədbirlər Planını təhlil etmiş, yerlərdə keçirilən səyyar qəbullarda qaldırılan məsələlərin kənd inzibati ərazi nümayəndəliklərində icrası vəziyyəti barədə və rayonda cari ilin taxıl biçini kompaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, həmçinin biçin zamanı yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi barədə müvafiq tövsiyyələr vermiş və qarşıda duran məsələləri müzakirə etmişdir.

Keçidlər