Rayon icra hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
16 fevral 2024 | 12:43
16 fevral 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə keçirilən qəbulda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin və vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər dinlənilmiş, bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Şəhid valideyinləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.