Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə vətəndaş qəbulu keçirilmişdir
20 dekabr 2024 | 12:26
20 dekabr 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib. Vətəndaşların müraciətləri dinlənilmiş, irəli sürdükləri təkliflərin, qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.