Rayon rəhbərliyi tərəfindən “Anım Günü” ərəfəsində şəhid ailələri və qazilərin ziyarəti davam edir
25 sentyabr 2023 | 17:04
25 sentyabr 2023-ci il tarixdə Qəbələ rayon icra hakimiyyətinin rəhbərliyi, idarə və müəssisələrin əməkdaşları tərəfindən 27 sentyabr “Anım günü” ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərin ailələri və qazilərin evlərində ziyarəti davam etdirilmişdir. Ziyarətçilər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, şəhid ailələrinin, qazilərin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığı qeyd etmiş, ailələrin problemləri ilə maraqlanmışlar. Şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.