Rayon rəhbərliyi tərəfindən “Zəfər Günü” ərəfəsində şəhid ailələri və qazilərin ziyarəti davam edir
05 oktyabr 2023-ci il tarixdə Qəbələ rayon icra hakimiyyətinin rəhbərliyi, idarə və müəssisələrin əməkdaşları tərəfindən 8 noyabr “Zəfər Günü” ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərin ailələri və qazilərin evlərində ziyarəti davam etdirilmiş, onlara bayram sovqatı təqdim olunmuşdur. Ziyarətçilər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, şəhid ailələrinin, qazilərin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığı qeyd etmiş, ailələrin problemləri ilə maraqlanmışlar. Şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.