Rayonda keçirilən növbəti monirtorinqlər zamanı qanunsuz torpaq zəbtinin qarşısı alınmışdır
12 avqust 2024 | 10:59
Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal – Qərb Regional Mərkəzinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində 9 avqust 2024-cü il tarixdə keçirilən növbəti monitorinq zamanı Qəbələ şəhər ərazisində ayrı-ayrı vətəndaşlar tərəfindən iaşə xidməti məqsədi ilə zəbt edilmiş 0.5 hektar dövlət meşə fonduna məxsus torpaq sahələrində söküntü işləri aparılaraq ərazi boşaldılmışdır. Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, şəxsi mülkiyyətində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.