Rayonun Bum qəsəbəsində RİH Başçısının növbəti səyyar qəbulu keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev növbəti səyyar qəbulunu Bum qəsəbə sakinləri ilə keçirmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etdiyi tədbirdə çıxış edən RİH başçısı son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar və layihələr haqqında ətraflı məlumat vermiş, bu gün Azərbaycanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş abadlıq, quruculuq işləri aparılmasının dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu qeyd etmişdir. Sonra qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.