Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Nic qəsəbəsində Pasxa bayramı qeyd edilmişdir

06 may 2024 | 12:26

05 may 2024-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsindəki "Cotari" alban-udi pravoslav kilsəsində Pasxa bayramı qeyd edilmişdir.  Bayram mərasimində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycanda fəaliyyət göstərən dini konvensiyaların nümayəndələri, qəsəbə sakinləri və qonaqlar iştirak etmişdir. DQİDK-nin sədr müavini çıxışında tolerantlığın Azərbaycanda həyat tərzi olduğunu, ölkəmizdə fəaliyyət göstərən bütün dini konfessiyaların nümayəndələrinin bir ailə kimi yaşadıqlarını bildirmişdir. Çıxış edən Qəbələ Rayon icra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev xalqımıza xas zəngin tolerantlıq ənənələrinin, multikultural dəyərlərin təbliği və təşviqi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdıraraq, rayonumuzda yaşayan müxtəlif dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşadığını qeyd etmişdir. Digər çıxış edənlər Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışmış, azsaylı xalqlara göstərilən  diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Sonda bayram münasibətilə şamlar yandırılmış, dualar oxunmuş və bayram konserti keçirilmişdir.

Keçidlər