Rayonun Tövlə kəndində səyyar qəbul keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Tövlə kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində rayonumuzda sosial iqtisadi sahədə görülən işlər barədə sakinlərə ətraflı məlumat vermişdir. Sonra qəbula gələn kənd sakinləri fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.