Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun ümumi təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib

30 mart 2024 | 11:24

Qəbələ rayonunun  ümumi təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Təhsil müəssisələrində “31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür”, “Unudulmaz faciə” və digər mövzularda mühazirə, toplantı, dəyirmi masalar, divar qəzetləri, stendlər və guşələr təşkil olunub, 1918-ci ildə törədilən qanlı hadisələr haqqında vidio çarx nümayiş etdirilib. Tədbirlərdə soyqırıma məruz qalan qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verilib. Qeyd olunub ki, daşnakların xalqımıza qarşı törətdikləri 31 Mart soyqırımının araşdırılması və həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli işə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımları beynəlxalq ictimaiyyətə çatdırmaq, xalqımızın yaddaşına həkk etdirmək məqsədilə Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Şagirdlərin ifasında  31 mart hadisələrinə həsr edilmiş şeirlər, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Keçidlər