Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

24 fevral 2023 | 17:23

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar rayonun bütün təhsil müəssisələrində “Xocalı uşaqların gözü ilə”,  “Qanlı gecə”, “XX əsrin faciəsi” mövzularında dərslər, mühazirələr, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar və  rəsm müsabiqələri təşkil edilib.Tədbirlərdə faciə qurbanlarının xatirəsi yad olunub, o dəhşətli günlərə bir daha nəzər salınıb. Çıxış edənlər Xocalı faciəsinin  Azərbaycan xalqının qan yaddaşı olduğunu və bu faciənin heç zaman unudulmayacağını bildiriblər. Eyni zamanda bildirilib ki, xalqımıza qarşı törədilmiş soyqırım  nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edilib. Tədbirin gedişində şagirdlərin ifasında  Xocalı faciəsinə həsr olunmuş səhnəciklər, kompozisiyalar nümayiş olunub, Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səslənib,vidio-çarx nümayiş edilib. Xocalı soyqırımı ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər, guşələr, bülletenlər hazırlanıb, məktəblilər arasında inşa yazı müsabiqələri keçirilib.

Keçidlər