Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun ümumtəhsil məktəblərində Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirilir

10 dekabr 2023 | 10:17

Qəbələ rayon ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Dəyirmi masa”, inşa müsabiqəsi və idman yarışları təşkil edilmişdir. Təhsil  müəssisələrinin  pedaqoji kollektivlərinin, şagirdlər və valideynlərin iştirak etdiyi anım tədbirlərində öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər müstəqilliyə gedən yolumuzu işıqlandıran dünya  şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri şagirdlərin diqqətə çatdıraraq, onun öz xalqını ən çətin vəziyyətlərdən çıxardığını, düzgün yol göstərdiyini, dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğunu vurğulamışlar. Bununla yanaşı şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil  edilmiş, ağacəkmə aksiyaları keçirilmişdir. Keçirilən sislsilə tədbirlərdə məktəblilər ulu öndərə həsr olunan şeirlər söyləmiş, mahnılar ifa etmiş və ədəbi-bədii kompozisiyalar nümayiş etdirmişlər.

Keçidlər