Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun ümumtəhsil müəssisələrində Ulu öndər Heydər Əliyevə həsr olunmuş xatirə tədbirləri keçirilir

06 may 2022 | 11:01

May ayının əvvəllərindən başlayaraq rayonun ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Silsilə tədbirlər çərçivəsində müəllim və şagird kollektivlərinin ardıcıl olaraq ulu öndərin abidəsi və Heydər Əliyev Mərkəzi ziyarət edilmiş, şagirdlər arasında müxtəlif idman yarışları, rəsm və şeir müsabiqələri, əl işlərindən ibarət sərgilər təşkil edilmiş, ulu öndərin həyat və fəaliyyəti haqqında sənədli filmlər nümayiş olunmuşdur. Bundan əlavə məktəblərdə ümummilli liderə həsr olunmuş divar qəzetləri, bülletenlər hazırlanmış, açıq dərslər və dəyirmi masalar keçirilmişdir. Bu mövzuda tədbirlər davam etdirilir.

Keçidlər