Rayonun Zirik kəndində növbəti səyyar qəbul keçirilmişdir
Qəbələ Rayon İcra Hakimyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən rayonun Zirik kəndində növbəti dəfə səyyar qəbul keçirilmişdir. Rayonun xidmət təşkilatlarının rəhbərlərinin, kənd ictimaiyyəti nümayəndələrinin və ağsaqqalların iştirak etdiyi tədbirdə icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir çoxu yerində həll edilmiş, digərlərinin həlli isə nəzarətə götürülmüşdür. Görüşdə çıxış edən kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.