Rayonun Zirik kəndində səyyar qəbul keçirilmişdir
Qəbələ Rayon İcra Hakimyyətinin başçısı Səbuhi Abdullayevin Zirik kəndində növbəti səyyar qəbulu keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin, kənd ictimaiyyəti nümayəndələrinin və ağsaqqalların iştirak etdiyi tədbirdə RİH-nin başçısı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkənin bütün regionlarının, eləcə də Qəbələ rayonunun sürətli iqtisadi və mədəni inkişafından söz açmış, aparılan böyük tikinti-quruculuq işlərindən, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən danışmış, rayonumuzun yaşayış məntəqələrinin simasının gündən-günə dəyişdiyini, abadlaşdığını diqqətə çatdırmışdır. Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapmış, bəzi məsələlər isə hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nəzarətə götürülmüşdür. Kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.