Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində təlim keçirilmişdir

25 noyabr 2022 | 17:17

Qəbələ Rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsinin təşkilatşılığı ilə 25 noyabr 2022-ci il tarixində “İrəli” İctimai Birliyinin “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində təlim keçirilmişdir. Təlimdə 30 nəfər gənc iştirak etmişdir. Təlimin keçirilməsində məqsəd region gənclərinin ölkə maraqlarının qorunmasında iştirakçılığını təmin etmək, təşəbbüslərin artımına dəstək olmaq, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla dövlət gənclər siyasətinin inkişafına töhfə verməkdən ibarətdir. Tədbiri giriş sözü ilə açan gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov iştirakçıları salamlayaraq təlimin keçirilməsinin məqsəd və vəzifələri barədə danışmış, layihə çərçivəsində respublikanın 8 şəhər və rayonunda ümumilikdə 200-dək gəncin faydalanacağını bildirilmişdir. “İrəli” İctimai Birliyinin baş katibi İlqar Axundov təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verərək, bu günki təlimin rayon gənclərinin inkişafı və onların fəallığının artırılmasında müstəsna əhəmiyyət kəsb etdiyini bildirdi. Daha sonra “İrəli” İctimai Birliyinin əməkdaşları tərəfindən “Layihələrin yazılması və idarə olunması”, “Gənclərin təşəbbüskarlığının artırılması”, “Gənclərlə iş sahəsində rəqəmsal biliklər”, “Sosial şəbəkələrdən düzgün istifadə” və digər mövzularda təlimlər keçirilmişdir. Təlimin sonunda iştirakçılara sertifkatlar təqdim edilmişdir.

Keçidlər