RİH başçısının növbəti dəfə vətəndaş qəbulu keçirildi
15 avqust 2025 | 12:19
15 avqust 2025-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə keçirilən qəbulda vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər dinlənilmişdir. Qəbulda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin, eləcə də digər vətəndaşların müraciətləri dinlənilmişdir. İrəli sürülən təkliflərin, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Şəhid valideyinləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.













