Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

RİH Başçısının növbəti səyyar qəbulu Kiçik Əmili kəndində keçirilmişdir

11 may 2023 | 17:04

11 may 2023-cü il tarixində Qəbələ Rayon İcra Hakimyyətinin başçısı Səbuhi Abdullayevin Kiçik Əmili kəndində növbəti səyyar qəbulu keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin, kənd ictimaiyyəti nümayəndələrinin və ağsaqqalların iştirak etdiyi tədbirdə RİH-nin başçısı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkənin bütün regionlarının, eləcə də Qəbələ rayonunun sürətli iqtisadi və mədəni inkişafından söz açmış, aparılan böyük tikinti-quruculuq işlərindən, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən danışmış, rayonumuzun yaşayış məntəqələrinin simasının gündən-günə dəyişdiyini, abadlaşdığını diqqətə çatdırmışdır. Sonra kənd sakinləri dinlənilmişdir. Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerində həll edilmiş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Kiçik Əmili kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər