Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

RİH başçısının növbəti səyyar qəbulu Yemişanlı kəndində keçirilmişdir

03 iyul 2025 | 17:24

3 iyul 2025-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu rayonun Yemişanlı kənd sakinləri ilə keçirilib.  RİH-nin məsul əməkdaşları, hüquq mühafizə orqanının, xidmət təşkilatlarının rəhbərləri,  kənd sakinləri və ağsaqqalların  iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bölgələrə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmış, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. Sonra kənd sakinləri dinlənilmiş, qaldırılan məsələlərin bir çoxu yerində həll edilmiş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Kənd sakinləri əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, görülən işlərə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər