Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə rayon yarışı keçirilib

29 mart 2023 | 16:32

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 29 mart 2023-ci il tarixdə Qəbələ Olimpiya İdman Kompleksində “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə rayon yarışı keçirilmişdir. Yarışda rayonun qəsəbə və kəndlərindən 80 nəfər iştirak etmişdir. Yarışın açılış mərasimində Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək gənclər arasında sağlam həyat tərzinin təbliği, onların Daxili İşlər Nazirliyi sistemində xidmətə həvəsləndirilməsi və olkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında belə tədbirlərin əhəmiyyətinin böyük olduğunu qeyd etmiş və ölkəmizdə idmana göstərilən hərtərəfli dövlət qayğısından danışaraq idmançılara uğurlar arzulamışdır. Daha sonra Qəbələ Rayon Polis şöbəsinin şəxsi heyət üzrə rəis köməkçisi Pünhan Məhəmmədov çıxış edərək yarışın keçirilməsinin məqsəd və vəzifələri barədə məlumat vermişdir Yarış 3000 m məsafədə kross qaçışı və turnikdə dartınma növləri üzrə keçirilmişdir. Sonda qalib gəlmiş idmançılar mükafatlandırılmışdır.

Keçidlər